Ötən il 187,3 milyon nəfər metrodan istifadə edib

Ötən il 187,3 milyon nəfər metrodan istifadə edib
  05 Yanvar 2014    Oxunub:1184
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması müvafiq olaraq 6 və 8,1 faiz artıb.
Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı ilə 2013-cü ilin yanvar-noyabr aylarında 114,6 milyon ton yük, 1386,6 milyon sərnişin daşınıb və 2012-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 və 8,1 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən AzVision.az -a bildiriblər ki, sərnişinlərin 96,2 faizi avtobus, 3,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 6,1 faiz, sərnişin dövriyyəsi isə 9 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 5,8 faiz artaraq 187,3 milyon nəfər olub.


Teqlər:





Xəbər lenti