Suriyada daha iki azərbaycanlı öldürülüb - FOTO

Suriyada daha iki azərbaycanlı öldürülüb - FOTO
  04 Yanvar 2014    Oxunub:1610
Suriyada daha iki azərbaycanlı öldürülüb. AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə “mücahidlərə” məxsus saytlar məlumat yayıb.

Həlak olanlar “Əl-Qaidə”yə bağlı olan “Əl-Nüsra Cəbhəsi”nin sıralarında döyüşən Namiq Əsgərov və “Azəri Seyfullah” ləqəbli Soltan adlı azərbaycanlılardır. “Mücahidlərə” məxsus saytlar ölən azərbaycanlıların fotolarını da yayıb.

Qeyd edək ki, Suriyada müxtəlif terrorist qrupların tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə yüzlərlə azərbaycanlının iştirak etdiyi bildirilir.
Onlarla vahabi məzhəbli azərbaycanlı bu döyüşlərdə həlak olub.






Teqlər:  





Xəbər lenti