Soyğunçular saxlanıldı

Soyğunçular saxlanıldı
  04 Yanvar 2014    Oxunub:1095
Soyğunçuluq hadisələrinin üstü açıldı.
Binəqədi rayonunun C.Cabbarlı küçəsində naməlum şəxs Bakı sakini Rahim Mahmudovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində minib maşını müxtəlif ünvanlara sürdürüb. Biləcəri qəsəbəsinin yeni yaşayış sahəsində isə sürücünü bıçaqla hədələyərək pulunu, iki ədəd mobil telefonunu, geyim əşyalarını və avtomobilini alıb.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Abşeron rayon sakini Elnur Musayev rayon ərazisində oğurladığı avtomobillə birgə saxlanılıb.

Suraxanı rayonunun Əmircan qəsəbəsində isə paytaxt sakini Rüfət Quluzadəyə qarşı zor tətbiq edilərək “Mercedes” markalı avtomobili əlindən alınıb. Hadisəni törətməkdə şübhəli bilinən Ağamoğlan Məhərrəmov və Vüqar Cəfərov rayon polis idarəsinin əməkdaşları tərəfindən yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti