17 yaşlı oğlan ad günündə iki nəfəri bıçaqladı

17 yaşlı oğlan ad günündə iki nəfəri bıçaqladı
  03 Yanvar 2014    Oxunub:1313
Azərbaycanda 17 yaşlı oğlan ad günündə iki nəfəri bıçaqlayıb.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Yanvarın 2-də rayon ərazisində rayon sakini, 1996-cı il təvəllüdlü Rza Fətullayev münaqişə zəminində Avşar kənd sakinləri Cəsarət Əkbərova və Pərviz Əlizadəyə bıçaqla xəsarət yetirib.

Polisdən, həmçinin bildirilib ki, hadisəyə səbəb bir qrup içkili şəxsin R. Fətullayevi təhqir etməsi olub.

Qeyd edək ki, hadisə baş verən gün R. Fətullayevin ad günü imiş.

R. Fətullayev tutulub.


Teqlər:





Xəbər lenti