Bir gündə 52 cinayət faktı

Bir gündə 52 cinayət faktı
  03 Yanvar 2014    Oxunub:1184
Gün ərzində 52 cinayət faktı qeydə alınıb.
Yanvarın 2-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 52 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 12 yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər ölüb, 15 nəfər isə xəsarət aləb.

Daxili işlər orqanlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 12 nəfər saxlanılıb.


Teqlər:





Xəbər lenti