Qaz sızmasından partlayış– yaralananlar var

Qaz sızmasından partlayış– yaralananlar var
  03 Yanvar 2014    Oxunub:963
Qaz sızmasından baş vermiş partlayışlar nəticəsində xəsarət alanlar olub.
Quba şəhəri, Sahil küçəsi, 4 nömrəli evdə yaşayan Mayıl Paşayevin həyətindəki yardımçı təsərrüfatda təbii qaz sızmasından partlayış baş verib. Hadisə nəticəsində xəsarət almış M.Paşayev və onun həyat yoldaşı xəstəxanaya yerləşdirilib.

Ağcabədi şəhəri, E.Sadıqov küçəsi, ev 156-da yaşayan Həmidə İsmayılovanın evində də təbii qazın sızmasından ani partlayış baş verib. Hadisə nəticəsində mətbəxin tavanı dağılıb, xəsarət alan H.İsmayılova xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, faktlarla bağlı araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti