Azərbaycanda daha iki məmur qohum olur

Azərbaycanda daha iki məmur qohum olur
  03 Yanvar 2014    Oxunub:3470
AzVision.az “Axar.az”a istinadən xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev övladlarının toyuna hazırlaşırlar. Belə ki, nazir Əli Abbasovun oğlu Eldar Abbasov Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailə həyatı qurur.

Gənclərin toy mərasimi yanvarın 10-da “Buta Palace”da keçiriləcək. Toya yüksək vəzifəli dövlət məmurları, qohumlar, şou-biznesin tanınmış nümayəndələri, həmçinin, bəylə-gəlinin dostları, tələbə yoldaşları dəvətlidir.

Xatırladaq ki, Eldar Abbasovla Dünya Pirverdiyeva ali təhsillərini Londonda alsalar da, Bakıda tanış olublar. Məlumatda o da qeyd edilir ki, evlilik gənclərin öz seçimidir.


Teqlər:





Xəbər lenti