“KamAZ”-la minik maşını toqquşdu: üç ölü

“KamAZ”-la minik maşını toqquşdu: üç ölü
  03 Yanvar 2014    Oxunub:1920
Xaçmazda dəhşətli yol qəzası baş verib. AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu ərazisindən keçən magistral yolunda “KamAZ” markalı yük avtomobili və “Opel” markalı minik avtomobili toqquşub.

Nəticədə, minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Allahverən Malik oğlu Şükürov, sərnişinləri 1987-ci il təvəllüdlü Vüsal Əzizağa oğlu Şükürov və 1983-cü il təvəllüdlü Amid Yəhya oğlu Seyidov hadisə yerində ölüb, deformasiyaya uğramış avtomobil isə yanmağa başlayıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti