Amerikada buzlu yollara pendir suyu tökürlər

Amerikada buzlu yollara pendir suyu tökürlər
  03 Yanvar 2014    Oxunub:1239
AzVision.az xəbər verir ki, Amerikanın ən çox qar yağan Wisconsin ştatının Milvauke şəhərində buzlu yolları açmaq üçün qeyri-adi üsula əl atılıb. Məlumatlara görə, hər il bu şəhərdə 1,2 metr hündürlüyündə qar yağır və yollardan buzların təmizlənməsi üçün 10 milyon dollar xərclənir. Pendir istehsalı ilə məşhurlaşan Milvauke şəhərinin bələdiyyə işçiləri yolları təmizləmək üçün daha az pul xərcləmək məqsədi ilə yollara pendir suyu tökməyə qərar veriblər. Əvvəlcə pendir istehsalından əldə edilən pendir suyu kiçik yollara tökülüb. Pendir suyunun buzları qısa müddətdə əritdiyini görən mütəxəssislər bütün şəhərin küçələrinə pendir suyu töküblər. Buzu duz kimi qısa müddətdə əridən pendir suyu, xərclənən pulların miqdarını azaltsa da, şəhər sakinləri pendir suyunun qoxusundan narahat olduqlarını deyərək, etiraz ediblər.

musavat.com


Teqlər:





Xəbər lenti