Bakıda yeni piyada keçidi tikilir

Bakıda yeni piyada keçidi tikilir
  03 Yanvar 2014    Oxunub:1145
Paytaxtın Atatürk prospekti, 47 ünvanında yerüstü piyada keçidi tikilir.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, "Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, artıq uzunluğu 86 metr, eni 3 metr, hündürlüyü 6,5 metrə yaxın olan piyada keçidində tamamlanma işləri gedir. Keçidin dayaqları, qapalı hissəsi tikilmiş, eskalatorlar quraşdırılıb.

Hazırda 3 giriş-çıxışdan ibarət olacaq keçiddə şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri aparılır.

Cari ildə yekunlaşması gözlənilən keçiddə izləyici kameralar, müasir işıqlandırma sistemi və müşahidə otağı nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti