Bakıda ağır yol qəzası: ölən və yaralananlar var

Bakıda ağır yol qəzası: ölən və yaralananlar var
  03 Yanvar 2014    Oxunub:1597
Bakının Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. AzVision.az APA- ya istinadən xəbər verir ki, qəzada “Mercedes” və “Toyota” markalı avtomobilləri qarşı-qarşıya toqquşub.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin şəxsiyyəti hələlik məlum olmayan sürücüsü hadisə yerində ölüb. Bir neçə nəfərin ağır yaralandığı bildirilir.

Hadisə yerinə yol polisi və həkim briqadası cəlb olunub.

Qəza səbəbindən nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb.


Teqlər:





Xəbər lenti