Kürəkən qayınatasını və qayınanasını güllələyib

Kürəkən qayınatasını və qayınanasını güllələyib
  02 Yanvar 2014    Oxunub:1204
Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib. AzVision.az APA- ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.

Rayon sakini Bayram Həsənov ailə münaqişəsi zəminində qayınatası Nəzər Hüseynovu və qayınanası Rəfiqə Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Teqlər:





Xəbər lenti