Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
  02 Yanvar 2014    Oxunub:1044
Sabah Bakıda hava əsasən yağmursuz olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az -a verilən məlumata görə, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-3 dərəcə, gündüz 4-8 dərəcə isti proqnozlaşdırılır.

Yanvarın 3-də Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı və şərq küləyinin əsəcəyi gözlənilir.

Havanın temperaturu 4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, 2-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcəyədək şaxta proqnozlaşdırılır.


Teqlər:





Xəbər lenti