Bayram günlərində Bakıda ölümlə nəticələnən qəza olmayıb

Bayram günlərində Bakıda ölümlə nəticələnən qəza olmayıb
  02 Yanvar 2014    Oxunub:1264
Bayram günlərində Bakıda ağır yol-nəqliyyat hadisələri baş verməyib. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov deyib: "Bayram günlərində paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınmayıb".

Onun sözlərinə görə, dekabrın 31-i yanvarın 1-də Bakıda maddi zərərlə və yüngül bədən xəsarəti ilə nəticələnən bir sıra yol qəzaları qeydə alınıb.


Teqlər:





Xəbər lenti