Lənkəranda avtomobil, Qazaxda mağaza yandı

Lənkəranda avtomobil, Qazaxda mağaza yandı
  02 Yanvar 2014    Oxunub:976
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Lənkəran şəhəri, Bürcəli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasında ərzaq malları 4 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti