Bakı polisindən ibrətamiz aksiya

Bakı polisindən ibrətamiz aksiya
  02 Yanvar 2014    Oxunub:1137
Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin yol hərəkəti qaydalarını pozan sürücülərlə bağlı başlatdığı qeyri-adi aksiya bu gün də davam edib. Polis əməkdaşları qaydanı pozan sürücünü bu dəfə cəzalandırmayıb, əksinə sevindiriblər. Amma sözsüz ki, bu sevincin arxasında polisin tələbi də olub.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, sürücüləri təəccübləndirən aksiyanın keçirilməsində məqsəd nəqliyyat vasitərini idarə edən sürücülrə yolda qaydaları pozmayaraq təhlükəsizliyə riayətə dəvət etməkdir. Aksiyanın qeyri-adiliyi isə ondadır ki qaydanı pozan sürücülərə inzibati protokol yazılmır, əvəzinə Şaxta baba və Qar qızı tərəfindən hədiyyələr verilir. sonra hər sürücü ilə fərdi söhbət aparilaraq yeni ildə yol hərəkət qaydalarni pozmamaq tövsiyəsi edilir.

Aksiyanı təəcüblə qarşılayan sürücülər bu cür tədbirərin yolda təhlükəsizliyi artııracağıına töhfə verəcəyini düşünürlər.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyir ki, qaydanı pozan vətəndaşlar onları məsuliyyətə çağıran yol polisi əməkdaşlarına mənfi yanaşırlar. Polis əməkdaşları qaydanı pozanlara bunu deyirlər- “Biz sizin dostunuzuq!”

Sonda isə sürücülərə yolda diqqətli olmaq və aksiyanın devizini yaxşı yadda saxlamağa tövsiyə etmək qalır. Yollarda həmrəy olaq - təhlükədən uzaq olaq!


Teqlər:





Xəbər lenti