Sabah qar yağacaq

Sabah qar yağacaq
  31 Dekabr 2013    Oxunub:1477
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az- a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi, ötən günlərlə müqayisədə temperaturun 3-4° aşağı enəcəyi, gecə saatlarında 2°-dək isti, gündüz 5°-dək isti olacağı, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bəzi yerlərdə əsasən səhər və axşam saatlarında az yağıntılı olacağı ehtimalı vardır.

Bakıda gecə 2°-dək isti, gündüz 5°-dək isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir.

Temperatur gecə 15-20° şaxta, bəzi yerlərdə 23°-dək şaxta, gündüz 8-13° şaxta olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə qar yağacaq.

Temperaturun gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacağı ehtimal olunur.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında isə gecə və axşam bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında hava arabir yağıntılı olacaq, zəif qar yağacaq.

Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 5-8° şaxta olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 1-6° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti