Ən qəribə yeni il adətləri - SİYAHI
Siyahıda ikinciliyi Rumıniya əldə edib. Orta əsrlərdən gələn inanca əsasən, bu ölkədə yeni il gecəsi bütün heyvanların dil açaraq danışdıqlarına və insanları gözlənilən bəlalar barədə xəbərdar etmələrinə inanılır. Bu səbəbdən də yanvarın 1-ə keçən gecə insanlar meşəyə üz tutaraq taleləri barədə nəyisə eşidəcəklərinə ümid edirlər.
Ən maraqlı yeni il adətlərinin siyahısında üçüncü yeri yeni il günü evlərin qapılarını və divarlarını çörəklə döyəcləyərək pis ruhları evdən qovmalarına inanan İrlandiyalılar tutub.
Dördüncülüyü isə CAR-ın Yohannesburq şəhərinin sakinləri qazanıb. Onları bu siyahıya salan isə köhnə mebelləri evlərinin pəncərələrindən aşağı tullamaları olub. Düzdür indi əksər sakinlər göydələnlərdə yaşasalar da, onlar arasında bu ənənəyə sadiq qalanları tapmaq heç də az deyil.
Danimarkalılar isə sevdikləri insanların evlərinə gedir və onların qapılarına qablaq atırlar. Səhər açıldıqda daha çox qab qırıntıları yığan insanlar xoşbəxt və şanslı hesab olunurlar. Bu onların çoxlu sadiq dost və sevənlərinin olduğunu göstərir.
Puerto Rikoda sakinlər pəncərələrindən su ataraq bununla köhnə ili geridə qoyur, yeni ili daha aydın və saf niyyətlərlə qarşılayırlar.
S. Həsənova
AzVision.az