Öz həmkarlarını güllələdi

Öz həmkarlarını güllələdi
  29 Dekabr 2013    Oxunub:1053
Hadisə nəticəsində 3 nəfər yaralanıb.
Kazan şəhərinin ali məktəblərdən birinin müəllimi öz həmkarları ilə mübahisə etdikdən sonra onları pnevmatik silahdan güllələyib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu informasiyanı Tatarıstan daxili işlər nazirliyinin mətbuat xidməti yayıb. Hadisə nəticəsində 3 nəfərin yüngül yaralandığı məlum olub.

“Zareçenski” polis idarəsinin əməkdaşları həmkarlarını güllələyən müəllimi artıq həbs edib. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.


Teqlər:





Xəbər lenti