Xoşbəxt həyata dəvət - FOTOSESSİYA

Xoşbəxt həyata dəvət - FOTOSESSİYA
  28 Dekabr 2013    Oxunub:1024
Bakıda “Xoşbəxt həyata dəvət” adlı sərgi keçirilib.

AzVision.az xəbər verir ki, sərginin təşkilatçıları Nərmin Qəniyeva, Sahibə və Leyla Xəlilovalardır. Eksposiziyada N. Qəniyeva və L. Xəlilovanın əl işləri nümayiş etdirilib.
S. Xəlilovanın sözlərinə görə, onlar öz birliklərinə “Pion” adını veriblər:
“Pion gülünün mənası xoşbəxt həyata dəvətdir. Bizim işimiz də xeyir işlərlə bağlı olduğuna görə, birliyimiz üçün Pion adını seçmişik. Leyla və Nərmin xanım uzun illərdir dekorativ tətbiqi sənət və müxtəlif cür əl işləri ilə məşğuldurlar. Xanımlar həmçinin ailələrin şad günlərində məkanların və əşyaların bəzəndilməsi məsələsində də köməkçi olurlar”. Ekspozisiyada kofe, qoz, fındıq ağacları, , eləcə də müxtəlif bəzək əşyalarından hazırlanan maraqlı sənət nümunələri nümayiş etdirilib.

Mirvari Nəcəf
Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti