`Azadlıq`ın 65 min manatlıq borcunu kim ödədi?

`Azadlıq`ın 65 min manatlıq borcunu kim ödədi?
  28 Dekabr 2013    Oxunub:1058
Bu barədə həftənin bazar ertəsi günü açıqlama verəcəklər.
AzVision.az musavat.com-a istinadən xəbər verir ki, “Azadlıq” qəzetinin bank hesabına qoyulan həbs götürülüb. “Azadlıq” qəzetinin üstündə Bakı metrosunun rəisi Tağı Əhmədovun və iş adamı Kəbirə Məmmədovanın məhkəmə iddiaları üzrə 65 min manat cərimə vardı. Oktyabr ayında qəzetin bank hesabları bağlanmış, satış nöqtələrindən gələn vəsait bütünlüklə cərimələrin ödənməsinə yönəldilmişdi. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu buna görə qəzetə maliyyə yardımını dayandırıb.

Bu günlərdə “Azadlıq” üstündəki məhkəmə cərimələrini tam ödəyib və qəzetin bank hesabından həbs götürülüb. Redaksiya Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yardımını almaq üçün quruma müraciət edib.

Bu cərimənin necə ödənməsi ilə bağlı məlumat almaq üçün “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovla əlaqə saxladıq. Sücəddin bəy bildirdi ki, bununla bağlı gələn həftənin bazar ertəsi günü, dekabrın 30-da, qəzetin redaktoru Rahim Hacıyev tərəfindən geniş açıqlama veriləcək. Müsahibimizin sözlərinə görə, açıqlama ilə bağlı gecikmənin səbəbi sırf sənədləşmə ilə bağlıdır.


Teqlər:





Xəbər lenti