Avtobus oğrusu yaxalandı

Avtobus oğrusu yaxalandı
  28 Dekabr 2013    Oxunub:2876
Avtomobil oğurlayan şəxslər saxlanıldı.
Paytaxtın Nizami rayonunun Qara Qarayev prospektindən Bakı sakini Söhbət Əhmədovun sürdüyü “Daewoo” markalı avtobus oğurlanıb.

Rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtobusu oğurlayan Goranboy rayon sakini Ramin Həsənov yaxalanıb.

Nizami rayonunun M.Muxtarov küçəsindən Bakı sakini Cəmil Hacıyev Anar Qəhrəmanova məxsus “Mercedes” markalı avtomobil oğurlanıb. C.Hacıyev avtomobili Heydər Əliyev prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti