Əsgərimiz şəhid oldu

Əsgərimiz şəhid oldu
  28 Dekabr 2013    Oxunub:1397
Azərbaycan Milli Ordusunun əsgəri snayper atəşindən şəhid olub.
Bu gün erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun işğal altındakı Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar. AzVision.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nəticədə Silahlı Qüvvələrimizin əsgəri 1995-ci il təvəllüdlü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən 5 yanvar 2013-cü il tarixində hərbi xidmətə çağırılan Qasımov Sərxan Vaqif oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Qasımov Sərxan Vaqif oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Dekabrın 28-də təşkil ediləcək dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor V.Məmmədovun rəhbərliyi ilə hərbi hissə və birləşmə komandanlığının nümayəndələri iştirak edəcəklər.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.


Teqlər:





Xəbər lenti