Bakıda partlayış - ölən var

Bakıda partlayış - ölən var
  27 Dekabr 2013    Oxunub:1124
Bakının Biləcəri qəsəbəsindəki "Lokomotiv" idman kompleksinin qazanxanasında partlayış olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) bildiriblər ki, ilkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bununla bağlı Stansiyaya saat 18:31-də çağırış edilib.

Dağıntılar altında bir neçə nəfərin qaldığı ehtimal olunur.

AzVision.az xəbər verir ki, FHN hadisə ilə bağlı məlumat yayıb: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "Lokomotiv" idman kompleksində partlayış hadisəsi baş verib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Əlavə məlumat veriləcək".

"Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi onların balansındadır: "Partlayış mərkəzin qazanxanasında baş verib və dağıntılar altında 1 nəfərin qaldığı ehtimal olunur".

BŞTTTYS-dən verilən məlumata görə, partlayış zamanı orada 3 nəfərin olduğunu bildiriblər: "Onlardan 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı bəllidir. Daha bir nəfərin isə dağıntılar altında qalması ehtimal olunduğundan hazırda FHN-in əməkdaşları orada axtarış-xilasetmə işləri aparırlar.


Teqlər:





Xəbər lenti