Şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb

Şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb
  03 Mart 2020    Oxunub:1799
Martın 3-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb.
Azvision.az xəbər verir ki, püşkatma mərasimində martın 4-də start götürəcək ölkə çempionatında şahmatçıların rəqibləri müəyyənləşib.

Turnirə martın 4-də start veriləcək. Doqquz turdan ibarət turnirdə 10 şahmatçı dairəvi sistem üzrə mübarizə aparacaq.

Çempionat Azərbaycan Şahmat Federasiyasının binasında təşkil ediləcək.

Azvision.az


Teqlər: Şahmat   Çempionat  





Xəbər lenti