Hakimi təpikləyən məşqçiyə 20 oyunluq cəza verildi

Hakimi təpikləyən məşqçiyə 20 oyunluq cəza verildi
  03 Mart 2020    Oxunub:2566
AFFA-nın İntizam Komitəsi bugünkü iclasında "Xəzər Lənkəran" komandasının baş məşqçisi Ağadadaş Həmidovun U-17 Liqasının oyunu zamanı yol verdiyi hərəkəti müzakirə edib.
Azvision.az xəbər verir ki, Həmidov “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Qarşılaşmanın 90-cı dəqiqəsində yenidən meydana daxil olan çalışdırıcı köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. AFFA hakimi təpikləyən məşqçini 20 oyun cəzalandırıb.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti