İranın vitse-prezidenti koronavirusa yoluxdu

  27 Fevral 2020    Oxunub : 1709
 İranın vitse-prezidenti koronavirusa yoluxdu
İranın qadın və ailə məsələləri üzrə vitse-prezidenti Mənsumə Ebtikar koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, M.Ebtikar həkimə müraciət edib. Ondan götürülmüş qan analizinin nəticələrinə əsasən, vitse-prezidentin koronavirusa yoluxduğu təsdiqlənib. Mənsumə Ebtikar dərhal karantinə alınıb.

Bundan başqa, İranda 1 nazir müavini, 2 deputat və 1 bələdiyyə sədri virusa yoluxub. İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi isə koronavirusdan ölüb.

Azvision.az

Teqlər: İran