Tələbələrə kitab hədiyyə olundu

  25 Dekabr 2013    Oxunub : 694
Tələbələrə kitab hədiyyə olundu
25 dekabr 2013-ci cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə “Dövlət İdarəçilik Akadmiyasının tələbələrinə hüquq sahəsində dərsliklərin və dərs vəsaitlərinin hədiyyə olunması” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin Sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının Sədri Əli Hüseynli, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Numayəndəsi vəzifəsini müvəqqəti icra edən Əhməd Cəlil Sahibzadə çıxış ediblər.

Gənclər və İdman Nazirliyinin, BMT–nin Qaçqınlar üzrə Ali Komissarlığının, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə nəşr olunan bütün kitablarda Aida Mahmudovanın rəhbərlik etdiyi YARAT Müasir İncəsənət Məkanının rəssamlarının əsərləri yer alıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinə Azərbaycan Hüquqşünasları Konfederasiyası və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin birgə çap etdirdiyi 14 adda - Vüqar Əsgərovun "Dövlət qulluğuna dair normativ hüquqi səndlər və sınaq test nümunələri", Dr. Mübariz Yolçuyevin "Sığorta hüququ", Hüquq üzrə fəlsəfə doktoru Etibar Əliyevin "Beynəlxalq nəqliyyat hüququ" (Azərbaycan dilində) və "Beynəlxalq nəqliyyat hüququ" (ingilis dilində), Dr. Əfsər Sadıqovun "Beynəlxalq enerji hüququ enerji təhlükəsizliyinin təminat sistemi kimi", Əkrəm Həsənovun "Azərbaycan Respublikasının Bank Hüququ” (rus dilində), Bernard M.Dikkens, Rebekka C.Kuk və Ester Kismodinin “Reproduktiv Sağlamlıq – Etik şərhlərlə misallar”, Səadət Yusifovanın “Kosovo problemi və Beynəlxalq hüquq”, Hüquq üzrə fəlsəfə doktoru, AMEA İnsan Hüquqları Elmi Tədqiqat İnstitunun direktoru Aytən Mustafayevanın “Bioetika, Hüquq və İnsan Hüquqları”, Fərhad Mehdiyevin “İnsan Hüquqları”, Amil Məhərrəmovun “İqtisadi Diplomatiya”, Vüqar Məmmədovun “Məhkəmə Təbabəti”, Əkrəm Həsənovun “İş və xidmət müqavilələri: Mülki Məcəllənin Kommentariyası”, “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən tərcüməyə maddi dəstək verilib “İnsan Hüquqları üzrə Avropa Məhəhkəməsinin, Qaçqınlar, sığınacaq axtaranlar və vətəndaşlığı olmayan şəxslər ilə bağlı işlər üzrə Qərarlarinin toplusu” hüquq dərsliyi və ədəbiyyatı pulsuz olaraq paylanıb.



Teqlər: