Paytaxtda restoranın yemək fırıldaqlığı - FOTOLAR

Paytaxtda restoranın yemək fırıldaqlığı - FOTOLAR
  24 Dekabr 2013    Oxunub:2383
“Fuad” restoranında dövlət nəzarəti tədbirləri zamanı standartların tələblərinin pozulduğu aşkar olunub.
Komitədən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən “Fuad” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə hazırlanan və əhaliyə təqdim olunan kulinariya məmulatları (müxtəlif növ salatlar, yeməklər, ət yarımfabrikatları və s.) müvafiq qaydada təsdiq olunan texnoloji təlimat və resepturalar olmadan hazırlanır, müəssisədə çalışan personal gigiyenik norma və qaydalara əməl etmir. Bundan başqa istismar olunan ölçmə vasitələrinin (soyuducular, tərəzilər) müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunduğu, soyuducu kameralarda mal qonşuluğuna nəzarət olunmadığı, o cümlədən nə zaman bişirildiyi məlum olmayan, dondurularaq dondurucu kamerada saxlanılan qazan yeməklərinin hissə-hissə qızdırılaraq təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu aşkar edilib. İaşə müəssisəsinin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi və hazırlanan məhsulların sınaqlarının aparılması barədə hər hansı bir sənəd yoxlamaya təqdim edilməyib.

Araşdırma zamanı məhsullardan nümunələr seçilmiş və Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.

Qalereya




Teqlər:  





Xəbər lenti