Konqo millisinin üzvü rəsmən Bakı klubunda

Konqo millisinin üzvü rəsmən Bakı klubunda
  13 Fevral 2020    Oxunub:2649
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi Çikito Lema Mabidini transfer edib. 26 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Mabidi son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edib. O, karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien"in də formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.

Azvision.az



Teqlər: Səbail   Transfer  





Xəbər lenti