İdman kompleksində bıçaqlaşma olub

İdman kompleksində bıçaqlaşma olub
  24 Dekabr 2013    Oxunub:1442
Xətai Rayon Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı 1997-ci il təvəllüdlü Sadullayev Şamil Maqommedoviç ərizə ilə RPİ-nin 34-cü PB-nə müraciət edib.

O, bildirib, 23 dekabrda saat 13:30-da "Sərhədçi" İdman Kompleksində əvvəllər tanımadığı İbrahim və Vüqar adlı şəxslər tərəfındən mübahisə zəminində bıçaqla vurularaq çiyin nahiyyəsinin 01 ədəd kəsilmiş-deşilmiş yarası xəsarəti alaraq Azərsutikinti xəstəxanasına gətirilib və burada ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Eyni zamanda qeyd olunan mübahisə zamanı digər Rusiya Federasiyası vətəndaşı, 1991-ci il təvəllüdlü Qaloyev Afqan Mustafa oğlu isə İbrahim və Vüqar adlı şəxsr tərəfındən xuliqanlıq zəminində döyülüb.

Faktla bağlı CM-nin 221.2.1-ci və 221.3-cü maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.


Teqlər:  





Xəbər lenti