Kapitan gəmi altında qalaraq öldü

Kapitan gəmi altında qalaraq öldü
  24 Dekabr 2013    Oxunub:1531
Neftçala rayon polis şöbəsindən AzVison.az-a verilən məlumata görə, ötən gün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə İşləri İdarəsinin balansında olan "YG 3" markalı yedək gəmisiııdə kapitan işləmiş, Neftçala sakini,1970-ci il təvəllüdlü Qarayev Azər Xeyrulla oğlu saat 15 radələrində Kür çayının Neftçala rayonu Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində "YG 3" markalı yedək gəmisinin üzərində yüklərin qaldırılması üçün nəzərdə tutulmuş hidravlik yükqaldırma qıırğusu ilə içərisində gil olan borunu qaldırmaq istəyərkən qurğunun gəminin döşəməyə birləşmiş hissəsinin qırılması nəticəsində sonuncu qurğu ilə gəmi arasında qalıb. Nəticədə Qarayev Azər Xeyrulla oğlu aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti