Ötən il dünyada 15400 nəfər terror qurbanı olub

Ötən il dünyada 15400 nəfər terror qurbanı olub
  23 Dekabr 2013    Oxunub:1247
Dünyada terror aktlarından həlak olan və yaralananların sayı ildən ilə artır. Ötən il dünyada 8400 terror aktı qeydə alınmışdır və 15 min 400 nəfər terrorun qurbanı olub.

Bu barədə Terrorizmi Öyrənən və Terrorizmə Qarşı Mübarizə Aparan Konsorsium məlumat yayılıb.
Məlumatda bildirilir ki, terror aktları ən çox Pakistan, İraq və Əfqanıstanda törədilib. Hindistan, Nigeriya, Somali, Yəmən, Tailand və digər ölkələr də vaxtaşırı terrora məruz qalıb.

Bu ölkələrlə müqayisədə Avropada terror aktlarının səviyyəsi xeyli aşağıdır. Ötən il Avropa ölkələri arasında Fransa və Şimali İrlandiya daha çox terror aktlarına məruz qalıb. Keçən il Fransanın Tuluz şəhərində və Korsika adasında bir neçə nəfərin ölümü ilə nəticələnən terror aktı qeydə alınıb.


Teqlər:  





Xəbər lenti