Tovuzda yanğın hadisəsi baş verib
Nəticədə rayon sakini Azər Hüseynova məxsus, sahəsi 200 kvadrat metr olan bir mərtəbəli yaşayış evi yanıb.
Hadisə zamanı xəsarət alan olmasa da ümümlikdə ev və içindəki əşyalar yanaraq yararsız hala düşüb. Alovun qarşısını almaq üçün hadisə yerinə Tovuz Dövlət Yanğından Mühafizə hissəsininn canlı qüvvəsi və texnikası cəlb edilib. Tez bir zamanda yanğın söndürülərək alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Teqlər: