Ağdamda qadın doğuş zamanı ölüb

Ağdamda qadın doğuş zamanı ölüb
  22 Dekabr 2013    Oxunub:1135
Bu gün axşam saatlarında 36 yaşlı qadın Ağdam Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı keçinib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, ölən qadın əslən Ağdam rayon sakini olan, hazırda Bakıda yaşayan 1977-ci il təvəllüdlü Əsgərova Gülmirə Bəxtiyar qızıdır.

Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anası gilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib. Saat 17-18 radələrində qadın zəngin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı zəngin qanaxmadan həyatını itirib.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, qadına hamilə qalmaq qadağan olunub.


Teqlər:  





Xəbər lenti