Nobel prospektində ağır yol qəzası- 5 yaralı

Nobel prospektində ağır yol qəzası- 5 yaralı
  22 Dekabr 2013    Oxunub:1149
Bakının Nobel prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının binası yaxınlığında, prospekt boyunca hərəkət edən "Jeep" və "Mercedes Benz " markalı avtomaşınlar toqquşub.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürətlə hərəkət edən "Jeep" qarşı yola çıxaraq əvvəlcə işıq dirəyini aşırıb. Daha sonra isə "Mercedes Benz"ə çırpılıb. Nəticədə "Jeep"də olan 3 nəfər və "Mercedes Benz"də olan 2 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xətai Rayon Dövlət Yol Polis Şöbəsindən verdilən məlumata görə, qəzanın iştirakçısı olan "Jeep" markalı avtomaşın yolda nəqliyyatın hərəkətinə mane olduğu üçün dərhal hadisə yerindən evakuasiya olunub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti