Tərtərdə yeni elektron ATS istifadəyə verildi

Tərtərdə yeni elektron ATS istifadəyə verildi
  21 Dekabr 2013    Oxunub:1258
Tərtər rayonunun Ələsgərli kəndində 256 nömrə tutumlu müasir elektron ATS istifadəyə verilib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin və kənd sakinlərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər rayonda gedən sosial-iqtisadi inkişafdan, rabitə xidmətinin yaxşılaşdırılması sahəsində görülən işlərdən danışıblar. Bildirilib ki, yeni ATS-dən rayonun Ələsgərli, Yenikənd, Sarıcalı, Düyərli və Bayandur kəndlərinin əhalisi yararlanacaqdır. ATS-də həmçinin 24 portluq DSLAM genişzolaqlı internet avadanlığı da quraşdırılıb.

Kənd sakinləri göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra ATS-in açılışını bildirən rəmzi qırmızı lent kəsilib və stansiyaya baxış keçirilib.


Teqlər:





Xəbər lenti