Bakıda iki mənzildə yanğın olub

Bakıda iki mənzildə yanğın olub
  21 Dekabr 2013    Oxunub:1088
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzilin mətbəxində 2 kv.m sahədə mətbəx mebeli yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan dördotaqlı mənzilin mətbəxində "BEKO" markalı soyuducu yanıb, yüksək temperaturdan plastik pəncərə çərçivəsi əriyib. Mənzil yanğından mühafizə olunub.
Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti