Gün ərzində 55 cinayət faktı qeydə alınıb

  21 Dekabr 2013    Oxunub : 245
Gün ərzində 55 cinayət faktı qeydə alınıb
Dekabrın 20-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 55 cinayət faktından 16-nın üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 8 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölmüş, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 27 nəfər tutulub.

Teqlər: