Siyəzəndə maşın aşıb, xəsarət alanlar var

Siyəzəndə maşın aşıb, xəsarət alanlar var
  21 Dekabr 2013    Oxunub:1135
Bu gün səhər saatlarında Siyəzən-Bakı avtomobil yolunun 5-ci km-də iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzVision.az APA- ya istinadən xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan Siyəzən rayon sakini, 29 yaşlı Zəka Dadaşovun idarə etdiyi 12 BD 130 dövlət nömrə nişanlı, “Mersedes” markalı avtomobil idarəetməni itirərək aşıb.

Qəza nəticəsində “Mersedes”in sürücüsü və onun 53 yaşlı sərnişini Şükufə Qəniyeva ağır bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Z. Dadaşovun vəziyyəti çox ağır olduğundan o, Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Ş. Qəniyevanın qolunda isə bir neçə sınığın olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti