Rus qadın evində ölü tapıldı

  21 Dekabr 2013    Oxunub : 448
Rus qadın evində ölü tapıldı
1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbədəki mənzilə giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Mariya Antonino qızı Qurudnova hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində M. Qurudnova vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:55-də başa çatıb.

Teqlər: