Daha iki kəndə qaz verildi

  21 Dekabr 2013    Oxunub : 292
Daha iki kəndə qaz verildi
Bu gün Sabirabad rayonunun Qaraqaşlı və Quruzma kəndlərinə təbii qaz verilməsi münasibətilə tədbir keçirilib.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azəriqaz" İstehsalat Birliyi və Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, ümumilikdə 668 abonenti olan Qaraqaşlı və Quruzma kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 114 290 metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 668 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

AzVision.az

Teqlər: