Moskvada hücuma məruz qalan soydaşımız həyatını itirdi

Moskvada hücuma məruz qalan soydaşımız həyatını itirdi
  21 Dekabr 2013    Oxunub:1274
AzVision.az xəbər verir ki,Moskvada Azərbaycan vətəndaşına hücum olub. Dekabrın 15-də Rusiya paytaxtındakı "Moskva" mehmanxanasının yaxındığında Şirvan sakini Süleymanov Elşən Adil oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun avtomobilini də əlindən alan cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. Məlumatı Musavat.com-a onun həyat yoldaşı Ruhiyyə Süleymanova verib. Onun sözlərinə görə, hücuma məruz qalan Elşən Süleymanov Moskvada Sklifasovski adına xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və yaralı bir neçə gün koma vəziyyətində qalıb. Elşən Süleymanov dekabrın 19-da dünyasını dəyişib.

Mərhum soydaşımızın ailə üzvləri Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ediblər. Diplomatların araşdırması nəticəsində məlum oluö ki, Moskvanın şüquq-mühafizə orqanları faktla bağlı cinayət təqibinə başlamayıblar.

Mərhum Elşən Süleymanovun həyat yoldaşı onu da bildirir ki, hadisənin baş verdiyi əraziyə müşahidə kameraları vasitəsilə nəzarət edilir.

Bu gün səhər saatlarında Elşən Süleymanovun nəşinin Bakıya gətirələcəyi gözlənilir.

Elşən Süleymanov Moskvada ailəsi ilə yaşayıb. O, iki qız atası idi.


Teqlər:





Xəbər lenti