Bir yumruqla qarşısındakın öldürdü - VİDEO

Bir yumruqla qarşısındakın öldürdü - VİDEO
  21 Dekabr 2013    Oxunub:1067
Rus polisləri bu qatili axtarır.
AzVision.az LifeNews-a istinadən xəbər verir ki, 27 yaşlı Nijnenovqorod sakini Yaroslavl Fomiçevi bir yumuruğa öldürən canini polislər müşahidə kamerasının görüntülərinə əsasən tapmağa çalışır.

Hadisə Nijnenovqorodda olan gecə klublarının birində baş verib. İki nəfər arasında baş verən anlaşılmazlıq onlardan birinin ölümü ilə nəticələnib.

Kadrlardan göründüyü gənclər arasında münaqişəni əlbəyaxa davaya çevirmək istəyən elə zərər çəkənin özüdür.

27 yaşlı Yaroslavlı zərbə dəyəndən sonra hadisə yerində olanlar gecə klubunun xoluna aparır və təcili yardım çağırılar. Xəstəxanada Yaroslavla təcili əməliyyat etsələr də 2 gün keçdikdən sonra gənc həyatını itirir.

Hadisə ilə bağlı cinayət işindən qabaq yoxlama keçirilir, yalnız yoxlamalardan sonra işin açılıb açılmayacağına qərar veriləcək. Hazırda şübhəlilərin siyahısı tərtib edilir.




Teqlər:





Xəbər lenti