Qazaxıstandakı təyyarə qəzasının səbəbi bilindi

 Qazaxıstandakı təyyarə qəzasının səbəbi bilindi
  10 Yanvar 2020    Oxunub:2931
Qazaxıstanın Almatı şəhərində “Bek Air” aviaşirkətinə məxsus təyyarə buzlanma səbəbindən qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, bu barədə qəzanı araşdıran komissiyanın ilkin hesabatında bildirilib.

Komissiyanın hesabatını təqdim edən Qazaxıstanın Baş Nazirinin müavini Roman Sklyar iki günə yaxın parklanmış vəziyyətdə qalan təyyarənin buzlanması ehtimalını istisna etmədiyini söyləyib: "Qəzanın baş verməsinin əsas versiyası təyyarənin buzlanmasıdır”.

Onun sözlərinə görə, komissiya bir neçə versiya irəli sürüb. Lakin ilkin araşdırmaların nəticələrinə görə, təyyarə soyuq havada istifadə olunan xüsusi bir maye ilə tam təmin olunmayıb.

Qeyd edək ki, Qazaxıstanda sərnişin təyyarəsi ötən il dekabrın 27-də qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Təyyarə   Qəza  





Xəbər lenti