XİN rəhbərlərinin növbəti iclası Gürcüstanda keçiriləcək

XİN rəhbərlərinin növbəti iclası Gürcüstanda keçiriləcək
  06 Yanvar 2020    Oxunub:1808
Avropa Şurası Xarici İşlər Nazirlərinin növbəti toplantısı bu ilin may ayında Gürcüstanda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda Gürcüstan Avropa Şurasına sədrlik edir və sədrlik dövründə bu cür tədbirlər keçirilir.

Avropa Şurası XİN başçılarının görüşü və müzakirə olunacaq məsələlər qurumun baş katibliyi ilə dəqiqləşdirildikdən sonra ictimaiyyətə açıqlanacaq.

Azvision.az



Teqlər: XİN   Gürcüstan   Tbilisi  





Xəbər lenti