Zərif Brüsselə dəvət olunub

Zərif Brüsselə dəvət olunub
  05 Yanvar 2020    Oxunub:2028
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Brüsselə dəvət edib.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nın xarici siyasət xidmətinin yazılı açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, Zərifin Brüsselə dəvət olunmasında məqsəd İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsindən sonra yaranmış vəziyyəti müzakirə etməkdir.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran     Brüssel  





Xəbər lenti