ABŞ İranla bağlı strategiyasını dəyişməyəcək

ABŞ İranla bağlı strategiyasını dəyişməyəcək
  05 Yanvar 2020    Oxunub:3021
ABŞ İrana qarşı münasibətdə mövcud strategiyasını dəyişməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, İrana ən sərt sanksiyalar davam etdiriləcək, eləcə də ABŞ-ın maraqlarını qorumaq üçün tədbirlər görüləcək.

Bundan əlavə, Dövlət Departamenti rəsmi Vaşinqtonun iranlı general Qasım Süleymaninin terrorçu olması, bölgədəki müharibələrin qızışdırılmasına görə məsuliyyət daşıması ilə bağlı mövqeyini təsdiqləyib.

Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti