98 minə yaxın suriyalı İstanbulu tərk edib

98 minə yaxın suriyalı İstanbulu tərk edib
  04 Yanvar 2020    Oxunub:1846
2019-cu ildə İstanbulda müvəqqəti mühafizə statusunda olan suriyalıların sayı 78 min 243 nəfər azalıb. Bundan əlavə, başqa yerlərdə qeydiyyatda olan 97 min 255 suriyalı şəhərdən ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib. Onun sözlərinə görə, 118 min 432 qeyri-qanuni miqrantdan 37 min 582 nəfəri ölkədən çıxarılıb.

Qeyd edilib ki, ölkədən çıxarılan miqrantların sayı 2019-cu ildə 3 ilin ümumi rəqəmindən çoxdur. Belə ki, 2016-cı ildə 10 min 183, 2017-ci ildə 18 min 254, 2018-ci ildə isə 28 min 364 miqrant saxlanılıb.

Azvision.az



Teqlər: Suriyalı   Miqrant  





Xəbər lenti