"Ümid edirik ki, Kim Çen In sülhü seçəcək" - Pompeo

"Ümid edirik ki, Kim Çen In sülhü seçəcək" -    Pompeo
  01 Yanvar 2020    Oxunub:3667
Rəsmi Vaşinqton, ümid edir ki, Pxenyan qarşıdurmaya səbəb ola biləcək addım atmayacaq.
Azvision.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Maykl Pompeo deyib. Onun sözlərinə görə, Koreya Xalq Demokartik Respublikasının yeni strateji silahlar hazırlamağa dair açıqlamaları narahtlılıq doğurur:

"Hesab edirəm ki, KXDR-nin Dövlət Şurasının Sədri Kim Çen In fərqli bir yol seçəcək. Ümid edirik ki, o, münaqişə və müharibə deyil, sülh və tərəqqini seçəcək" - deyə, Pompeo əlavə edib.


Azvision.az



Teqlər: KXDR   ABŞ  





Xəbər lenti